AGBank elan edilən səhm emissiyasının 20%-i yerləşdirib
"AGBank" ASC-nin 1 mln manat məbləğində səhmləri ötən həftənin sonunda Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 2 manat olan 2,5 mln adi sənədsiz adlı səhmin emissiya prospekti iyulda dövlət qeydiyyatından keçib. Birjanın məlumatına görə, bütün səhmlər bir əqdlə satılıb. Anderrayter xidmətini "Caspian Financial" MMC göstərəcək. Bu günə kimi elan edilən emissiyanın 20%-i yerləşdirilib.
Bankın ödənilmiş nizamnamə fondu 21 mln manata çatıb. Bankın səhmdarları 22 hüquqi və 51 fiziki şəxsdir. --15B--
-
- Cəmiyyət
- 7 Sentyabr 2012 12:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz