AİB Azərbaycan energetikasına bir milyarda yaxın vəsait ayırdı
Asiya İnkişaf Bankı regionların fasiləsiz elektrik enerjisi ilə təminatı üçün üç tranşla $750 mln ayıracaq.
Bankdan verilən məlumata görə, bakıda problem yoxdur, amma avadanlıq köhnəldiyi üçün regionlarda vəziyyət pisdir. Yeni layihə şəhər və kəndlərin, yerli sahibkarların arasında qeyri-bərabərliyi ləğv edəcək, deyə Mərkəzi və Qərbi Asiya üzrə departamentin baş direktoru Şon O`Sallivan bildirib.
$1 mlrd ($250 mln hökumətin payıdır) məbləğində müvafiq memorandum 2015-ci ilin mayında imzalanıb. İnvestisiya paylanma şəbəkəsi, yarımstansiyalar, sayğacların quraşdırılması və s yönəldiləcək.
İlk vəsait bu ilin II yarısından 2018-ci ilin sonuna kimi daxil olacaq. Üçüncü tranş 2022-ci ilin sonu üçün ödəniləcək.
AİB 1966-cı ildə yaradılıb. Azərbaycan 22 dekabr 1999-cu ildən bu bankın üzvüdür. Bu ilin əvvəli üçün AİB Azərbaycana 59 layihə üzrə $2 mlrd 321,62 mln və texniki yardım kimi $22 mln ayırıb. --17D—
-
- İqtisadiyyat
- 12 İyul 2016 17:35
-
- Cəmiyyət
- 12 İyul 2016 18:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz