MBNP-də yeni təyinatlar
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə bu publik hüquqi şəxsin iki departamentinə direktor təyin edilib.
MBNP-nin mətbuat xidmətinin məlumatına görə, Asim Zülfüqarov baş icraçı direktorun müavini- Strateji Xidmətlər Departamentinin direktoru vəzifəsinə təyin edilib. Bundan öncə o, Mərkəzi Bankın Tədqiqatlar Departamentinin maliyyə sektorunun araşdırmaları şöbəsinin rəisi olub.
İmran Məmmədov isə Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktoru vəzifəsinə təyin olunub. Bundan öncə o, Kredit Təşkilatlarına Nəzarət Departamentində çalışıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti və AMB Maliyyə Monitorinqi Xidmətinin bazasında MBNP-nin yaradılması barədə qərar 2016-cı il fevralın 3-də qəbul edilib. Palatanın nizamnaməsi martın 10-da təsdiqlənib.08D
-
- İqtisadiyyat
- 12 İyul 2016 17:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz