Fiziki şəxslərin gömrük sərhədindən mal keçirməsi qaydalarında dəyişiklik edilib
Nazirlər Kabinetinin 8 iyul tarixli №267 qərarı ilə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən (http://goo.gl/fIp54e), qiyməti 1500 dolları keçməyən malları bir təqvim ayında bir dəfə keçirməyə icazə verilir. Bu tələb beynəlxalq poçt göndərişlərinə də şamil edilir. Əvvəllər fiziki şəxslərin gömrük sərhədindən mal keçirməsinə məhdudiyyət yox idi.
Vətəndaşlar bir ayda xaricdən Azərbaycana 30 kq-dək ərzaq gətirə, ölkədən 5 kq nərə balığı və və 125 q qara kürü çıxara bilər. Bu tələb hava nəqliyyatında aparılan əl yüklərinə şamil edilmir.
Dövlət Gömrük Komitəsi malların uçotunu aparacaq.
Hökumətin qərarı avqustun 12-dən qüvvəyə minir.
Qeyd edək ki, ötən ildən gömrük məntəqələrində gömrük işçiləri ilə vətəndaşlar arasında mal aparılması qaydalarının fərqli yozumu ilə bağlı tez-tez mübahisələr yaranır. Sərhəd rayonlarında yaşayan vətəndaşlar İran, Gürcüstan və Rusiyada şəxsi istifadə üçün ərzaq və təsərrüfat malları alır, gömrük şiçiləri isə bu mallara görə gömrük rüsumu tələb edir. 08D
-
- İqtisadiyyat
- 12 İyul 2016 17:16
-
- İqtisadiyyat
- 12 İyul 2016 17:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz