AİB Cənub Qaz Dəhlizinə 1 mlrd dollar ayırıb
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Şahdəniz-2” layihəsinə 1 mlrd ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit iki komponentdən ibarətdir:
- "Cənub Qaz Dəhlizi” üçün $500 mln, cəlb edilən kommersiya kreditləri üzrə zəmanət kimi $500 mln.
Bank bildirir ki, kredit sosial ehtiyaclar, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi üçün ayrılıb.
"Cənub Qaz Dəhlizi” ölkə prezidentinin fərmanı ilə 2014-cü ilin fevralında “Şahdəniz-2” layihəsində dövlətin payının maliyyələşdirilməsi üçün yaradılıb. Buraya Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və ТАР layihələri daxildir. QSC-də 51% İqtisadiyyat Nazirliyinin şəxsində hökumətə, 49% SOCAR-a məxsusdur.
“Şahdəniz-2” layihəsi $23,8 mlrd qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd kubmetr olacaq. Bunun 10 mlrd-ı Avropaya, qalanı Türkiyəyə tədarük ediləcək.
Layihə iştirakçıları bunlardır: BP (operator, 28,8%), SOCAR (16,7%), Petronas (15,5%), «Lukoyl» (10%), NICO (10%) və TPAO (19%).
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 13:04
-
- Cəmiyyət
- 7 Dekabr 2016 13:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz