Əsas valyuta alıcısı "Əmrahbank" kassalarını bağlayıb
Əhalidən ən çox xarici valyuta alan və satan "Əmrahbank" bu gündən valyuta əməliyyatları üçün bütün kassalarını bağlayıb.
Bankın nümayəndəsi Turan-a valyuta alışının həyata keçirilmədiyini təsdiq edib, bunu "daxili qaydalarla izah etsə də, hansı qaydalardan söhbət getdiyini açıqlamayıb.
Bankdan həmçinin bildiriblər ki, kassaların nə vaxt açılacağını bilmirlər.
Qeyd edək ki, "Əmrahbank" valyuta ticarətində sadə vətəndaşların üz tutduğu əsas yerdir. Bankın xarici valyuta alış-satışında müəyyən etdiyi sərfəli məzənnə müştərilər üçün cəlbedici idi.
Xatırladaq ki, əvvəllər bu rolu "Zaminbank" oynayırdı, o bağlandıqdan sonra "Əmrahbank" valyuta alış-satışında lider oldu. –71D-
-
- Cəmiyyət
- 7 Dekabr 2016 12:46
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz