AİF altıncı istiqraz emissiyasından ilk partiyanı satışa çıxarır
28 dekabr 2012-ci ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 3 mln manat həcmində faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının yerləşdirilməsi başlayacaq.
AİF-in məlumatına görə, istiqraz satışı açıq abunə yolu ilə olacaq. On illik kağızlar satışa 100,00% qiymətlə qoyulacaq. Tələb təklifdən çox olsa, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi AMB çıxış edəcək. Fond bu qurumun nəzdində fəaliyyət göstərir.
Fondun 40 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiu tərəfindən cümə günü qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu satışa çıxarılan ilk partiyadır.
2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln və 30 mln manatlıq emissiya yerləşdirib. П--15D--
-
- Foto sessiyalar
- 27 Dekabr 2012 14:31
İqtisadiyyat
-
11 yanvar tarixində Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Serbiyaya Şahdəniz yatağında texniki problemlər səbəbilə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması barədə bildiriş göndərdiyini açıqlayıb.
-
Türkiyənin Aksa Doğalgaz şirkəti, Kazancı Holdinqin bir hissəsi olaraq, Bursagaz və Kayserigaz qazpaylayıcı şirkətlərini almaq üzrə müqavilə prosesinin tamamlandığını elan edib. Bu şirkətlər 2019-cu ildən etibarən SOCAR Türkiye Energy AS-in (STEAS) tərkibində fəaliyyət göstərirdi, deyə Aksa Doğalgaz məlumat verib.
-
Nazirlər Kabineti, ölkənin milli kimliyini və mədəni dəyərlərini əks etdirən yaradıcı əsərləri təşviq etmək məqsədilə dövlət sifarişi ilə istehsal edilən filmlərin müəllifləri üçün minimum qonorar məbləğlərini müəyyən edən yeni qaydalar qəbul edib.
-
Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.
Rəy yaz