AİF-in növbəti istiqraz emissiyası
Azərbaycan İpoteka Fondu (AİF) ötən ilin 10 iyununda tərk etdiyi qiymətli kağızlar bazarına qayıdır.
Fonddan verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 30 dekabr 2014-cü il tarixində AZ2009008684 kodu ilə AİF-in 50 mln. manat məbləğində istiqrazlarının doqquzuncu emissiya prospektini qeydiyyata alıb.
Emissiya nominal dəyəri 1 min manat olan 50 min ədəd təmin edilmiş istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 10 il, illik faiz dərəcəsi 3%-dir.
AİF 2009-2014-cü illərdə səkkiz emissiya çərçivəsində ümumilikdə 340 mln manat məbləğində istiqraz yerləşdirib (55 mln, 75 mln, 60 mln, 20 mln, 30 mln, 40 mln, 20 mln və 40 mln manat).--17D—
-
- Siyasət
- 6 Yanvar 2015 12:19
-
- İqtisadiyyat
- 6 Yanvar 2015 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz