AIF istiqrazları yerləşdirilir
Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun 5 mln manat məbləğində sənədsiz təminatlı adlı sənədsiz istqrazlarının 9-cu emissiyasının 7-ci tranşı yerləşdirilməyə başlayır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 100.5333% qiymətlə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. Onları, yəqin ki, Azərbaycan Mərkəzi Bankı alacaq.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ötən ilin dekabrında AİF-in 9-cu emissiyasını qeydiyyata alıb. 50 mln manat məbləğində istiqrazların nominalı 1 min manat, gəlirlilik 3%-dir. Hələlik 26 mln manat məbləğində istiqraz alınıb.
AİF 2006-cı ildən ipoteka kreditləri verir. İndiyədək 706,4 mln manat kredit verib. Bunun çoxu (97,1 mln, 2014-cü il və 112,9 mln – 2013-cü il) iki son ilin payına düşür.
AİF-in müvəkkil banklarının sayı 30-dur. Daha 21 sığorta şirkəti sığorta xidməti göstərir. --17D—
-
- Siyasət
- 14 Sentyabr 2015 15:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz