AIF son istiqraz emissiyasından son partiyanı satışa çıxarır
29 dekabr 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 5 mln manat həcmində faizli sənədsiz, təminatsız, adlı istiqrazlarının yerləşdirilməsi başlayacaq.
AİF-in məlumatına görə, istiqraz satışı açıq abunə yolu ilə olacaq. On illik kağızlar satışa 100,6333 % qiymətlə qoyulacaq. Tələb təklifdən çox olsa, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi AMB çıxış edəcək. Fond bu qurumun nəzdində fəaliyyət göstərir.
Fondun 20 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2013-cü ilin sentyabrında qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 23 avqust 2023-cü ildir. Bu günə emissiyanın dörddə üçü yerləşdirilib. 2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln, 30 mln və 40 mln manatlıq emissiyalar yerləşdirib. --15D—
-
- Cəmiyyət
- 28 Dekabr 2013 11:47
-
- İqtisadiyyat
- 28 Dekabr 2013 12:13
İqtisadiyyat
-
2024-cü ildə Azərbaycanın əmək bazarı qarışıq bir mənzərə yaradır: işsizlik səviyyəsində cüzi azalma ilə yanaşı, gənclərin məşğulluğunun təmin edilməsində artan çətinliklər mövcuddur. Məşğulluğun formallaşdırılması və iş yerlərinin yaradılmasında mühüm irəliləyişlərə baxmayaraq, işçi qüvvəsinin artımı ilə mövcud iş yerləri arasındakı uyğunsuzluq ciddi bir problem olaraq qalır.
-
SOCAR Türkiyə Türkiyənin ən böyük xarici investoru, İstanbulda 2024-cü il fəaliyyət nəticələrini nəzərdən keçirmək üçün mətbuat konfransı təşkil edib. Tədbirdə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov və Şirkətin Emal və Neft-Kimya Biznes Vahidi rəhbəri Kənan Mirzəyev çıxış edərək nəticələr barədə fikirlərini bölüşüblər. Tədbirdə Azərbaycanın media nümayəndələri də iştirak ediblər.
-
Azərbaycanın enerji sektoru ölkə iqtisadiyyatının təməl daşı olaraq qalır və dövlət gəlirlərinin təxminən yarısını təmin edir. Bu, əsasən neftin yüksək qiymətləri ilə dəstəklənir. Neft hasilatında tədricən azalma müşahidə olunsa da, azalma tempi zəifləyib ki, bu da ölkənin karbohidrogen ehtiyatlarının idarə edilməsində sabitləşdirici yanaşmanı əks etdirir.
-
2024-cü ildə Azərbaycan inflyasiya təzyiqləri, davamlı devalvasiya qorxuları və məhdud struktur islahatları ilə xarakterizə olunan çətin iqtisadi dövürdən keçdi. Rəsmi məlumatlar mülayim inflyasiyaya işarə etsə də, dərin iqtisadi zəifliklər və artan ictimai narazılıq ölkənin maliyyə sabitliyinə kölgə saldı, iqtisadçı Qubad İbadoğlu qeyd etdi.
Rəy yaz