«Ailə» klanının iki sığortaçısı sığorta haqlarının üçdə birini toplayıb
«Paşa Holding»in iki təmsilçisi sığorta bazarında 26,76% mükafat toplayıb. «Paşa Sığorta» (48,25 mln manat) və «Paşa Həyat Sığorta» (42,55 mln manat) sığorta haqları üzrə ilk yerləri tutub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, yanvar-sentyabrda cəmi 339,3 mln manat mükafat toplanıb. Bunun 54,7%-i ilk beşliyin payına düşür. Paşayevlər ailəsini təmsil edənlərdən başqa bura «Atəşgah» (35,3 mln manat), «Atəşgah Həyat» (30,2 mln manat) və «Azərsığorta» (29,3 mln manat) da daxildir.
9 ayda 6 şirkətin sığorta haqları 1 mln manatı keçməyib. Bunların 4-ü yarısını da toplamayıb və onların rentabelliliyi şübhəlidir.
Ödənişlərdə də «Paşa Sığorta» (21,7 mln manat və ya 17%) liderdir. Sığorta ödənişlərinin ümumi həcmi 127,4 mln manat olub. 1 oktyabr üçün onların sığorta haqlarına nisbəti 100 manata 37,6 manat olub. Bu göstərici son 3 ildə artıb. --17D—
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 16:10
-
- İqtisadiyyat
- 21 Oktyabr 2015 17:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz