Akkord korporasiyası sulfatadavamlı sement istehsalına başlayıb
Akkord korporasiyasının Qazax Sement Zavodu sulfatadavamlı sement məhsulu (PPS 400 markalı) istehsal etməyə başlayıb.
Akkordun mətbuat xidmətində Turan-a bildiriblər ki, yeni məhsul Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmış və Uyğunluq Sertifikatı alıb. Bu sement yalnız qalaq şəklində istehsal olunur.
SulfaSem kimyəvi mühitdə istismar olunan və təbii suların daimi təsirinə məruz qalan beton konstruksiyaların, həmçinin beton bünövrə və yeraltı qurğuların uzunömürlü və möhkəm olması üçün tövsiyə edilir. Bu sement həmçinin su hovuzları, quyu və kanalizasiyaların beton işlərində istifadə oluna bilər.
Qazax Sement Zavodu bir ildir işləyir. Bu dövrdə sement bazarında 10% paya malik olub. Birinci mərhələnin məhsuldarlığı ildə 1 mln ton sementdir.
Sulfatadavamlı sementi portlandsement klinkeri və gipsi narın üyütməklə istehsal edirlər. 08D
-
- Cəmiyyət
- 19 May 2014 17:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz