Aktivlərin idarə olunması üzrə üçüncü şirkət lisenziya alıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi oktyabrın 31-də “Trust Asset Management” MMC-yə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz lisenziya verib.
Bu, aktivlərin (qiymətli kağızlar və ya pullar) idarə olunması üzrə fəaliyyət üçün lisenziya alan üçüncü şirkətdir. Şirkətin ilkin kapitalı 500 min manatdır. O, iyulun 22-də yaradılıb.
Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri haqda məlumatlar 2012-ci ilin iyunundan məxfidir. Amma kommersiya hüquqi şəxslərin reyestri və yeni şirkət haqda baza informasiyasına əsaslanıb ehtimal etmək olar ki, “Trust Asset Management” “Azersun Holding” MMC-yə yaxındır.
Şirkətin Müşahidə Şurasında “Azersun Holding” İH sədri Abdolbari Gözəl, holdinqin baş direktorunun müavini Nazim Quliyev, Mиlli Depozit Mərkəzi və Bakı Fond Birjasının keçmiş sədri Fariz Əzizov təmsil olunub.
MMC investorların mənfəət əldə etməsi üçün qiymətli kağızlar və ya pul vəsaitlərinin peşəkar idarəçiliyini təmin etməyi planlaşdırır.
İlk iki lisenziyanı "İnvest Az Asset Management" (NK – 125 min manat) "AzFinance Asset Management"dir (NK – 150 min manat) . Hələlik bu şirkətlər öz fəaliyyəti barədə informasiya vermir. 08B
-
- İqtisadiyyat
- 5 Noyabr 2014 13:33
-
- İqtisadiyyat
- 5 Noyabr 2014 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz