- İqtisadiyyat
- 18 Fevral 2015, 12:26
- 196
Albaniya ölkənin Azərbaycan qazı ilə qazlaşdırılması üçün qanun layihəsi hazırlayır
Albaniya hökuməti ölkəni Azərbaycan qazı ilə qazlaşdırmaq üçün qanun layihəsi hazırlayır. Bu barədə "Dtt-net" (Brüssel) agentliyi məlumat yayıb.
Albaniya "Cənub qaz dəhlizi" ilə qaz alacaq ölkələrdən biridir. Bu ölkədə qaz bazarı yoxdur.
Ötən il ARDNŞ elan etdi ki, Albaniyanın qazlaşdırılmasında maraqlıdır. ARDNŞ-nin qazlaşdırma və qazpaylayıcı şəbəkələrin idarə edilməsi üzrə Azərbaycan və Gürcstanda təcrübəsi var.
2014-cü ilin dekabrında Bakı və Tirana Albaniyanın qazlaşdırılması ilə bağlı memorandum imzalayıblar.
Bu ilin yanvarında ARDNŞ rəhbərlərindən biri deyib ki, şirkət Albaniyanın investisiya imkanlarını öyrənir.—0--
-
- Cəmiyyət
- 18 Fevral 2015 11:51
-
- İqtisadiyyat
- 18 Fevral 2015 12:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz