«Alfa Sığorta» ASC-nin hesabatı dərc edilib
Rəsmi mətbuatda “Alfa Sığorta” ASC-nin illik hesabatı dərc edilib. Beləliklə, ötən ilin yekunlarına görə, şirkətin gəliri 4 mln. 56 min 765,69 manat səviyyəsində olub. Böyük hissəni sığorta tədiyələri tutub (2 mln. 573,7 min manat), investisya gəlirləri 333,9 min manat təşkil edib. Digər mənbələr üzrə də gəlirlər olub.
Xərclər sığorta edənin qazancını üstələyərək 4 mln. 512 min 232,1 manat təşkil edib. Sübut edilmiş hallar üzrə sığorta ödənişləri 1 mln. 549 min manat, sığorta işlərinin aparılması xərcləri 1 mln. 807,6 min manat, təkrar sığorta xərcləri 570,4 min manat təşkil edib.
İl ərzində ASC-nin aktivləri 11 mln. 192,51 min manatadək (-14,8%), öhdəliklər 3 mln. 498,76 min manatadək (-29,8%), xüsusi kapital 7 mln. 693,76 min manatadək (-5,6%) azalıb. Banklarda depozitlərin həcmi də 3 mln. 830 min manatadək (-42,3%) azalıb.
Beləliklə, “Alfa Sığorta” ötən ili 455,47 min manat zərərlə (2014-cü ilin yekunları üzrə xalis gəlir 106 min manat olub) başa vurub.
“Alfa Sığorta” 7,8 mln. manat nizamnamə kapitalı ilə fəaliyyətə 1997-ci ildə başlayıb. Yeganə səhmdarı “TexnikaBank”dır. --17D—
-
- İqtisadiyyat
- 15 Mart 2016 15:25
-
- İqtisadiyyat
- 15 Mart 2016 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz