Xalq Sığortanın gəlirləri il ərzində 3 dəfə artıb
«Xalq Sığorta» ötən il 6 mln 837,25 min manat (2014-cü ildəkindən 3,1 dəfə çox) xalis mənfəət əldə edib. Bu barədə şirkətdən məlumat veriblər.
Şirkətin gəlirləri 22 mln 358,16 min manat olub. Bunun 10 mln 179,41 min manatə sığorta haqları, 2 mln 27,3 min manat investisiya gəlirləri, 15 mln 44,12 min manat başqa gəlirlərdir. Sığorta ehtiyatları 5 mln 730 min manat azalıb.
Xərclər 13 mln 779,22 min manat təşkil edib: sığorta ödənişləri 5 mln 187,8 min manat, sığorta işinin aparılması - 4 mln 68,68 min manat, təkrarsığorta riskləri - 3 mln 697,44 min manat və s.
Şirkətin aktivləri 52 mln 11,9 min manata (+27,4%), xüsusi kapitalı 39 mln 425,14 min manata (+21%), öhdəlikləri 12 mln 586,77 min manata (+52,8%) artıb.
«Xalq Sığorta»nın depozitləri 1 yanvar üçün 42 mln 556,67 min manat (+31,2%) təşkil edib.
«Xalq Sığorta»nın nizamnamə kapitalı 32 mln 516 min manatdır. Şirkət 2006-cı ildə yaradılıb. Direktorlar Şurasının sədri Röyam Hüseynzadə, İdarə Heyətinin sədri Raman Qurbanovdur. --17D—
-
- İqtisadiyyat
- 15 Mart 2016 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz