- İqtisadiyyat
- 11 Dekabr 2013, 13:51
- 205
"Alfa Sığorta" filial açıb
"Alfa Sigorta" müştərilərə xidmət şəbəkəsini genişləndirir. Şirkətdən verilən məlumata görə, müştəri bazasının son zamanlar artmasını nəzərə alaraq, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində filial şəbəkəsinin genişləndirilməsi planına uyğun olaraq yaxın günlərdə "Alfa Sığorta" şirkəti yeni ofisi müştərilərin istifadəsinə verib.
Yeni ofisdə müştərilərə bütün sığorta növləri üzrə xidmət göstərilməsi, sığorta məhsullarının satışı və məsləhətlərin verilməsi üçün əlverişli şərait yaradılıb.
Şirkət öz nümayəndəliklərinin coğrafiyasını genişləndirməklə müştəriyə yaxın olmağa, onların vaxtına qənaət etməyə, qarşıya çıxan sualları vaxtında cavablandırmağa can atır, deyə məlumatda bildirilir.
“Alfa Sığorta» şirkəti 1997-ci ildə təsis edilib. Yeganə təsisçisi və əsas səhmdarı «Texnikabank»dır. Şirkətin nizamnamə kapitalı 7,78 mln manatdır. “Alfa Sığorta» şirkəti 35 sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- Cəmiyyət
- 11 Dekabr 2013 13:36
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 14:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz