- İqtisadiyyat
- 11 Dekabr 2013, 14:07
- 186
Maliyyə Nazirliyi sığortaçı ilə müştəri arasında video sübutu bəyənir
Maliyyə Nazirliyi Sığortaçılar Assosiasiyasının yol-nəqliyyat hadisələri üzrə ödənişlər zamanı əsas kimi video sübutu götürmək təklifini dəstəkləyir.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, ASA-nın təşəbbüsü diqqətə layiqdir, bunun tətbiqi üçün qanunvericilikdə dəyişikliyə ehtiyac yoxdur. Bunun üçün sığortaçılarla razılaşmaq yetərlidir.
Mövcud qanunvericiliyə əsasən, sığorta şirkəti yol polisinin protokolunu öyrənəndən sonra ödəniş və ya imtina qərarı verir. Nəticədə şirkət hüquqşünasları vaxt qazanır, maşın sahibi isə kompensasiya gözləməli olur. Nəticədə müştəri narazı qalır.
Sığortaçılar Assosiasiyası video müşahidədən sənəd kimi istifadəni təklif edir. Belə praktika sürücülərin məsuliyyətini artırar, sığorta şirkətlərinin ekspert xərcini azaldar, ödəniş prosesini sürətləndirər. Amma sığorta şirkətləri buna həvəslə yanaşmır, çünki mənfəətləri azala bilər. --17D—
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 13:51
-
- Siyasət
- 11 Dekabr 2013 14:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz