Amerika bankı SOCAR-ın kredit yükünü azaldıb
Goldman Sachs International bankın aldğı 13% səhm hesabına SOCAR Turkiye Enerji şirkəti Petkim-in özəlləşməsi üçün cəlb etdiyi kreditin $1 mlrd-ı vaxtından əvvəl ödəyə bilər.
Anadolu agentliyi SOCAR Turkiye” şirkətinin rəhbəri Kənan Yavuza istinadən bildirir ki, (http://aaenergyterminal.com/news.php?newsid=6056709), GCI “SOCAR Turkiye Enerji”nin səhmlərinin 13%-nə $1,3 mlrd ödəyib.
“Tərəflərin razılığına əsasən, “Goldman Sachs” yaxın 6 il ərzində “SOCAR Turkiye Enerji”də IPO vasitəsilə öz payını satmaq iqtidarındadır. Bu satış həmin dövrdə həyata keçirilməsə, “Goldman Sachs” “SOCAR Turkiye Enerji”yə səhmlərin 10%-ni geri sata bilər, qalan 3% isə “SOCAR”a məxsus “Sermaye Investments Limited" şirkətinə satıla bilər, - deyə K.Yavuz izah edib.
Xatırladaq ki, “SOCAR Turkiye Enerji”nin investisiya portfeli $20 mlrd təşkil edir.
Şirkət 2006-cı ilin sonunda neft emalı, neft-kimya sahələrində investisiya layihələrinin reallaşdırılması və Türkiyədə təbii qazın satışı ilə mşğul olamq məqsədilə yaradılıb.
Şirkət Petkim Petrokimya Holding-də (57,92%) paya malikdir. --17D—
-
- Mədəniyyət
- 17 Avqust 2015 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz