Amerikanın UOP şirkəti əsas texnoloji qurğularında yenidən qurulması ilə bağlı imkanlarını ARDNŞ-yə təqdim edib
АBŞ-ın UOP şirkətinin nümayəndələri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) olub, əsas texnoloji qurğularında yenidən qurulması ilə bağlı imkanlarını ARDNŞ-yə təqdim edib, deyə ARDNŞ-nin saytında bildirilir.
ARDNŞ-nin məlumatına görə, yanacaq növlərinin keyfiyyətinin yaxşılalaşdırılması sahəsində ixtisaslaşmış müasir xarici şirkətlərin кöмəyi ilə Hеydər Əliyev аdına Bakı Neft Emalı Zavodunun ЕD-АV-6, каtаlitik kreninq, каtаlitik riforminq qurğularında bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
«Bu günlərdə ABŞ-ın UOP şirkətinin nümayəndələri zavodda olub, müəssisə rəhbərliyi ilə görüşüb. Zavodun direktoru Elman İsmayılov dövlət tərəfindən Avropa standartlarına cavab verən neft məhsullarının istehsalı ilə bağlı müəssisə qarşısında qoyulmuş vəzifələrdən, əsas texnoloji qurğuların hazırkı vəziyyətindən danışıb. İşgüzar görüşdə qonaqlar müzakirə olunan məsələlərlə bağlı təkliflərini və zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi və yeni qurğuların tikintisi haqda hazırlanmış təqdimatı nümayiş etdiriblər”, deyə informasiyada bildirilir.
* Hеydər Əliyev аdına Bakı Neft Emalı Zavodunda ildə 5 mln ton xammal emal edilir. NEZ yanacaq buraxılışı üzrə ixtisaslaşıb.
-
- Söz istəyirəm
- 15 Sentyabr 2014 13:33
-
- Siyasət
- 15 Sentyabr 2014 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz