Açiq mənbələrdən foto.
Antiinhisar Xidməti prokurorluğa müraciət edib
Bakı/07.03.23/Turan: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında yol verilmiş qanun pozuntuları ilə bağlı 2022-ci ilin iyun ayından bəri dördüncü dəfə Baş Prokurorluğa müraciət edib.
Qurum tərəfindən yekun protokollar təhlil edilərkən elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları adından təqdim edilən sənədlərin biznes subyektləri tərəfindən saxtalaşdırılmasına dair əsaslı şübhələr müəyyən edilib, - deyə Antiinhisar Xidmətinin məlumatında deyilir.
Söhbət elektron satınalmalardan gedir.
Qanun pozuntularına beş hüquqi şəxs (“Maybo Calibration” MMC - VÖEN: 1305068931, “Ural As Servis” MMC - VÖEN: 1703273111, “Kremon” MMC - VÖEN: 1904914591, “Tean LM” MMC - VÖEN: 1703277071 , “Fərid-FB” MMC - VÖEN: 1003032111), həmçinin bir fiziki şəxs (Təhməzov Vüqar Rafiq oğlu) yol verib. Qeyd olunan iki şirkətin direktoru Bəxtiyar Əvəz oğlu Kərimovdur.
Maraqlıdır ki, respublika prokurorluğu müsabiqə komissiyalarına təqdim edilmiş qanun pozuntuları və sənədlərin saxtalaşdırılması faktları ilə bağlı ilk ictimai müraciətdən 8 ay keçməsinə baxmayaraq, onların araşdırmasının gedişi barədə bir dəfə də olsun məlumat verməyib. 08B
-
- İqtisadiyyat
- 8 Mart 2023 12:17
-
- Cəmiyyət
- 8 Mart 2023 12:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz