- İqtisadiyyat
- 18 Avqust 2014, 14:34
- 148
Aparacı mebel istehsalçısı istiqraz buraxıb
Azərbaycanın aparacı mebel istehsalçılarından olan “Embawood” MMC bu həftə nominalı 1000 manat olan 10 000 təminatsız korporativ istiqrazlarını yerləşdirməyə başlayacaq.
Şirkət 1 ayda 10 mln manat cəlb etmək istəyir. Bu vəsait mebel fabrikinin infrastrukturnun əvəzlənməsi və təkmilləşdirilməsinə, istehsal bazalarında avadanlıqların yenilənməsi və “Embafinans” BOKT MMC-nin maliyyələşdirilməsinə yönəldiləcək.
“Embawood” MMC maliyyə vəziyyəti çətin olduğu üçün üz tutur: bu il martın 31-i üçün şirkətin öhdəlikləri 32 mln manat olub. Bunun 9 mln manatı xaricdən cəlb edilib.
İstiqrazlar 1 illiyə buraxılıb, faiz dərəcəsi illik 11%-dir. İnvestorlar hər ay faiz tələb edə bilər.
Qiymətli kağızları “Pasha Kapital” şirkəti yerləşdirəcək.
Azərbaycanda şirkətlər vəsait cəlb etmək üçün kapital bazarına tez-tez müraciət etməyə başlayıb. Onları yüksək kredit dərəcəsi məcbur edir. Biznes kreditlərin dərəcəsi bəzən 25%-ə çatır. İstiqrazlar isə 9-15%-lə yerləşdirilir. --08D—
-
- Siyasət
- 18 Avqust 2014 14:29
-
- İqtisadiyyat
- 18 Avqust 2014 14:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz