Apreldə inflyasiya 0,4% səviyyəsində olub
Apreldə Azərbaycanda istehsal qiymətləri 0,4% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ilə müqayisədə ərzaq malları 0,9% bahalaşıb. Əvvəlki aylarda olduğu kimi, qeyri-ərzaq mallarının qiymətləri və xidmətlər orta hesabla əvvəlki səviyyədə qalıb.
Ay ərzində düyü, makaron və kolbasa məmulatları, xama, günəbaxan və qarğıdalı yağı, bəzi meyvələr (limon, portağal, naringi, alma, armud) və tərəvəzin (kələm, bibər, çuğundur, kök, sarımsaq, soğan, kartof) qiyməti qalxıb.
DSK bəzi ərzaq mallarında qiymətlərin enməsini qeydə alıb (un, qarabaşaq, mal əti və toyuq əti, təzə balıq, süd, yumurta, kərə yağı, qənd və şəkər tozu, göyərti).
Bu ildən qeyri-hökumət təşkilatları tərəfindən istehlak qiymətləri indeksinin alternativ hesablanması aparılmır. Bu hesablamalar daha yüksək inflyasiyalardan xəbər verirdi. Məsələn, İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin hesablamalarına görə, 2012-ci ildə inflyasiya 9,9% təşkil edib, halbuki, rəsmi inflyasiya 1,1% səviyyəsində elan olunub.08D
-
- Cəmiyyət
- 6 May 2013 13:39
-
- İqtisadiyyat
- 6 May 2013 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz