Aqrarkredit portfeli 5,3% artırıb
"Aqrarkredit" QSC qeyri-bank kredit təşkilatının kredit portfeli bu ilin yanvar-sentyabr aylarında 1,1 mln. dollar və ya 5,3 % artaraq, 21,77 mln. dollar təşkil edib. Hesabat dövründə mikrokredit vəsaiti 2,19 mln. dollar və ya 12,3% artaraq, 19,95 mln. dollar təşkil edib.
Cəmiyyətin aktivləri 640 min dollar və ya 2,1% artaraq, oktyabrın 1-də 34,59 mln. dollar təşkil edib. Şirkətin müştəri bazası 9 646 min nəfərə qədər azalıb.
Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat ümumilikdə 106,4 mln. manat məbləğində kredit, o cümlədən 86,4 mln. manat mikrokredit verib,
Ümumi kredit portfelində problemli kreditlərin payı 1,21 bənd artaraq, 1,69%-ə, mikrokredit üzrə isə 0,06 bənd artaraq, 0,48%-ə çatıb.
Hazırda şirkətin nizamnamə kapitalı 18 535 424 manat təşkil edir. Yeganə səhmdarı Dövlət Əmlak Komitəsidir. Təşkilat 3 ildən 7 ilədək fərdi, qrup və biznes kreditləri verir. Kreditlərin məbləği 100-100 000 dollar təşkil edir. -15B-
-
- İqtisadiyyat
- 14 Noyabr 2013 15:44
-
- İqtisadiyyat
- 14 Noyabr 2013 16:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz