Mikrokredit vəsaitlərində üç rüb ərzində 1/4 artım
Azərbaycanda ümumi mikrokredit portfeli bu ilin sentyabrında 18 mln. dollar və ya 1,8% artaraq, 538 min müştəri üzrə 1015 mln. dollara çatıb.
İlin əvvəlindən bu göstərici 204 mln. dollar və ya 25%, bir il ərində isə 257 mln. dollar və ya 33,9 faiz artıb. Riskli kreditlərin payı ilin əvvəli ilə müqayisədə dəyişməz qalıb, 1% təşkil edib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının məlumatına görə, təşkilatın üzvləri arasında ən böyük kreditor "Accessbank" ASC-dir, bütün mikrokreditlərin 31,4%-i onun payına düşüb.
Ümumilikdə ölkədə mikromaliyyələşdirmə ilə məşğul olan 31 təşkilat üzrə uçot aparılıb. Onların ümumi aktivləri 4,700 mlrd. dollar təşkil edir. Mikrokredit alanların 28%-ni qadınlar təşkil edib.
AMA-nın hesabatında 100 dollardan 20 000 dollara qədər kreditlər əksini tapıb. -15В-
-
- İqtisadiyyat
- 14 Noyabr 2013 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz