Xarici valyuta kütləsi bir il ərzində təxminən 5% azalıb
2013-cü ilin sentyabr ayında pul kütləsinin həcmi 78,4 mln. manat və ya 0,5% artaraq, 14809 mln. manat təşkil edib. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 2407,2 mln. manat və ya 19,4% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, qeyri-bank sisteminin nağd pul məbləği sentyabr ayında 44 mln. manat və ya 0,5% artaraq, 9560 mln. manat təşkil edib. Qeyri-nağd manat həcmi 35,2 mln. manat və ya 0,7% artaraq, 5249,6 mln. manat təşkil edib. Qeyri-nağd manatın manat dövriyyəsi strukturunda yeri 35,4%-ə qədər artıb.
Hesabat ayı ərzində pul kütləsinin geniş göstəricisi 171,3 mln. manat və ya 1%, bir il ərzində isə 2270,3 mln. və ya 15% artaraq, 17613,6 mln. manat təşkil edib.
Bank sistemində xarici valyuta kütləsinin həcmi sentyabrda 92,9 mln. manat və ya 3,4% artaraq, 2804 mln. manata çatıb. Bir il ərzində xarici valyuta kütləsi 4,7% azalıb. Ümumi pul kütləsində manat resurslarının payı 84,1% təşkil edib ki, bu da 1 oktyabr 2012-ci ildəki göstəricidən 3,3% çoxdur.
Pul bazasının ümumi həcmi sentyabrda 0,1%, bir il ərzində isə 13,8% artaraq, 10697,2 mln. manat təşkil edib. Manat pul bazası hesabat ayı ərzində bir qədər azalaraq, 10615,9 mln. manat təşkil edib (avqustda 10616,8 mln.). -15В-
-
- İqtisadiyyat
- 14 Noyabr 2013 15:45
-
- Cəmiyyət
- 14 Noyabr 2013 16:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz