Aqrarkreditin portfeli 20 mln manata çatır
"Aqrarkredit" QSC qeyri-bank kredit təşkilatı ilin sonuna kimi kredit portfelini 20 mln manata çatdırmağı planlaşdırır.
Təşkilatın İH üzvü Süleyman Kələşov Turan-a bildirib ki, ilin sonu üçün xalis mənfəət 385 min səviyyəsində gözlənilir. Bunun 180 min manatı dividend kimi dövlət büdcəsinə, qalan hissə inkişafa yönəldiləcək, deyə Kələşov bildirib.
Bu gün təşkilatın kredit portfeli 17 mln manatdır. Bu, bir il əvvəlkindən 1,5 mln manat çoxdur.
Hazırda şirkətin nizamnamə kapitalı 18 535 424 manatdır. Yeganə səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir. Təşkilat 3-7 illiyə fərdi, qrup şəklində və biznes kredit verir. Kredit həcmi $100-$100 000 arasında olur. «Aqrarkredit" ölkə QBKT-ləri arasında ən riskli (2012-ci ilin iyulunda 17,11%) portfelə malikdir. --15B--
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 11:44
-
- Siyasət
- 5 Oktyabr 2012 12:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz