Araz Ağalarov Bakıda tütün fabriki açır
“Krokus ltd” yaxın vaxtlarda Bakıda tütün məmulatı istehsal edəcək. Bunun üçün “European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürülüb, deyə Kənd Təsərrüfatı Nazirliyində Turan-a bildiriblər.
Hələlik müəssisədə təcrübi işlər görülür. Siqaret markalarının adı çəkilmir. Qanunvericiliyə əsasən, şirkət ildə ən azı 300 mln filtrli siqaret buraxacaq.
“Krokus ltd” MMC Azərbaycana 3 siqaret idxalçısından biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.
“Krokus ltd” Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəməsidir. Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Araz Ağalarovun gəlinidir.
2006-2010-cu illərdə bu qrup Bakıda bir neçə şirkət açıb. Şirkətin Azərbaycandakı layihələrindən biri Nardarandakı “Sea Breeze Resideces & Hotel”dir. Sea Breeze 46 ha sahə tutur. SEA BREEZE strukturuna apart-hotel (5000 m2) 2,6 ha (32 nömrə, 3, 4, 5 mərtəbəli 83-685 m2 apartamentlər), 60 kottec (200-350 m2), 1,2 km-lik (13 hа) çimərlik, yaxta və katerlər üçün pirs, qapalı idman klubu (1 000 m2), daxili hövuz (108 m2), saunalar, açıq hovuz (270 m2), tennis kortu (600 m2), futbol sahəsi (600 m2), uşaq şəhərciyi və s daxildir. 08B
-
- Söz istəyirəm
- 10 Yanvar 2014 14:33
-
- Siyasət
- 10 Yanvar 2014 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz