ARDNF manat resurslarını AMB-nin depozit hesabında saxlayır
Dövlət Neft Fondunun Mərkəzi Bankda ən azı 1,7 mlrd manat depozit hesabı var. Bu barədə fins.az portal yazıb.
Bu il ARDNF valyuta hərraclarında 4 mlrd 635 mln ABŞ dolları satıb. Konvertasiyadan sonra 5,26 mlrd manat dövlət büdcəsinə transfert edilib. Qalan məbləğ illik 4,99%-lə AMB-nin depozit hesabına qoyulub.
ARDNF-nin dövlət büdcəsinə cəmi 7 mlrd manat transfert öhdəliyi var.
Bir sıra ekspertlərin gikrincə, ARDNF-nin vəsaitləri Azərbaycanın real sektoru üçün xərclənmir. AMB-də depozit hesabı açılması ölkə iqtisadiyyatının hesabına Fondun əlavə gəlir mənbəyidir.
Eyni zamanda, ekspertlərin fikrincə, əgər AMB ARDNF-nin depozitini kommersiya bankları vasitəsilə real sektora yönəltsəydi, onu ucuz manat mənbəyi kimi iqtisadiyyata investisiya hesab etmək olardı. Bu proses hələ müşahidə edilmir. 08D
-
- İqtisadiyyat
- 13 Dekabr 2016 13:25
-
- İqtisadiyyat
- 13 Dekabr 2016 13:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz