ARDNŞ ən pis NQÇİ-də təhlükəsiz iş şəraitinin təminatını üzərinə götürüb
Dövlət Neft Şirkəti N.Nərimanov adına NQÇİ-də təhlükəsiz iş şəraitinin təminatı ilə bağlı Tədbirlər Proqramını təsdiq edib.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, proqram bu günlərdə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədi ilə keçirilmiş müşavirədə təsdiq edilib.
Tədbirlər Proqramında 2015-2016-cı illər ərzində N.Nərimanov adına NQÇİ-də əsas kapitala yönəldilən investisiyaların azaldılması, əsaslı təmir xərclərinin artırılmasını nəzərdə tutur.
Proqrama NQÇİ-nin istismar etdiyi bir sıra köhnə meydançaların təmiri ilə bağlı layihələrin hazırlanması, ehtiyac duyulan hallarda vaqon evciklərin quraşdırılması, əvəzedici estakadaların tikintisi, özüllərarası neft-qaz xətlərinin çəkilməsi, qazpaylama sistemində, meydançalardakı enerji sistemlərində yenidənqurma işlərinin aparılması kimi məsələlər də daxil edilib.
2014-cü ilin oktyabr-noyabrında N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində iki bədbəxt hadisə olub: №441 özüldə təmir zamanı qəza olub və 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib. Nəticədə 5 nəfər həlak olub.–12D--
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 14:15
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz