Bakı-Tbilisi-Ceyhanla Azərbaycan neftinin ixracı 4,5% azalıb
2014-ğü ilin 11 ayının yekunlarına görə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan neftinin ixracı 26 mln 45 min 242 ton təşkil edib, bu da 2013-ğü ilin eyni dövrünün göstəricisindən 4,5% azdır.
SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, 2014-cü ilin noyabr ayında BTC boru kəməri ilə 1 mln 719 min 684 ton neft, boru kəmərinin istismara verilməsindən (4 iyun 2006-cı il) cari ilin dekabrın 1-ə qədər - 261 mln 186 min 835 ton neft nəql edilib.
Bundan əlavə, BTC neft kəməri ilə 2014-cü ilin noyabr ayında 620 min 436 ton Türmənistan və Qazaxıstan nefti nəql edilib.
BTC boru kəməri ilə Azərbaycan neftinin nəqlinin azalması “Azəri-Çıraq-Günəşli” dəniz blokunda hasilat həcmlərinin tədricən azalması ilə bağlıdır. –12D--
-
- Cəmiyyət
- 8 Dekabr 2014 14:11
-
- İqtisadiyyat
- 8 Dekabr 2014 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz