- İqtisadiyyat
- 8 Noyabr 2013, 11:26
- 195
ARDNŞ Gürcüstanda kilsə və məscidlərin qızdırılmasına milyon laridən çox xərcləyəcək
Dövlət Neft Şirkəti Gürcüstanda kilsə və məscidlərin pulsuz qızdırılmasına başlayıb.
Bu ölkədə 2 yüzdən çox kilsə, monastır, məscid, sinaqoq bir il müddətinə pulsuz qaz əldə edəcək. Bu xeyriyyə aksiyasına ARDNŞ milyon laridən çox xərcləyəcək.
Aksiya başlanmazdan öncə Gürcüstan patriarxı II İlya və ARDNŞ rəhbəri R.Abdullayev memorandum imzalayıb. Tədbirdə Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze iştirak edib.
Patriarx ARDNŞ-nin xeyriyyəçilik aksiyasını alqışlayıb.
ARDNŞ belə aksiyaları Azərbaycanda da keçirir. –0—
-
- İqtisadiyyat
- 8 Noyabr 2013 11:21
-
- Cəmiyyət
- 8 Noyabr 2013 12:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz