ARDNŞ H.Əliyev adına NEZ-də yenidənqurmaya başlayıb
ARDNŞ H.Əliyev adına NEZ-də yenidənqurmaya başlayıb.
«Məqsəd avro-5” standartlarının tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsidir», deyə məlumatda bildirilir. .
Müvafiq proqrama əsasən, zavodun ЕD-АV-6, kаtаlitik krekinq qurğularında bir sıra modernləşdirmə işlərinin aparılması nəzərdə tutulub.
İtaliyanın Foster Wheller firması tərəfindən 21 nömrəli ED-AV-6 qurğusunun məhsuldarlığının ildə 7,5 milyon tona çatdırılması və qurğunun daxili istilik potensialından daha səmərəli istifadə edilməsi, ABŞ-ın UOP firması tərəfindən 55 nömrəli katalitik krekinq qurğusunun məhsuldarlığının ildə 2,5 milyon tona çatdırılması istiqamətində layihələndirmə başlanılıb.
“Eyni zamanda, ildə 100 min ton polietilen, 150 min ton polipropilen məhsulunun istehsalı üçün “Аzərikimya” İstehsalat Birliyinin xammalla təmin edilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir”, - deyə xəbərdə bildirilir. ARDNŞ-nin məlumatına görə, 2018-2019-cu illərdə izomerləşmə, МТБЕ, ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayan, mayeləşdirilmiş qazların və katalitik krekinq qurğusunun benzin faraksiyalarının kükürdlü birləşmələrdən təmizlənməsi üçün UOP və digər firmaların texnologiyaları əsasında qurğuların tikintisi də nəzərdə tutulub.
H.Əliyev adına NEZ Azərbaycanda yeganə NEZ-dir. 1 yanvar 2015-ci ildən ləğv edilən “Azərneftyağ” onun tərkibinə daxil edilib. —12D—
-
- İqtisadiyyat
- 18 Fevral 2015 12:28
-
- Siyasət
- 18 Fevral 2015 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz