ARDNŞ ilin əvvəlindən neft məhsulları ixracını 12% artırıb
ARDNŞ-nin məlumatına görə, 2014-cü ilin noyabrında Azərbaycanın neft məhsulları ixracının həcmi 77,851 min ton olub. Oktyabrda bu həcm 133,067 min ton təşkil edib. Noyabrda 60,477 min ton dizel yanacağı, 17 min 255 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edilib.
«2014-cü ilin 11 ayında neft məhsulları ixracının həcmi 1431,271 min ton (artım 12,3%) olub. O cümlədən, 9 min 332 ton avtomobil benzini, 886 min 520 ton dizel yanacağı, 176 min 110 ton təyyarə yanacağı, 358,772 min ton vakuum qazoylu və 537 ton soba mazutu ixrac edilib», – deyə məlumatda bildirilir.—12D--
-
- İqtisadiyyat
- 3 Dekabr 2014 11:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz