“NIKOIL Bank”ın əməkdaşları Ümumdünya QİÇS-ə qarşı Mübarizə Gününə həsr olunmuş qanvermə aksiyasında iştirak ediblər.
“NIKOIL Bank”ın bütün şəhər filialları və baş ofisinin kollektivi bu dəfə də Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS, SPİD) qarşı Ümumdünya Mübarizə Gününə həsr olunmuş ənənəvi qanvermə aksiyasında iştirak edib. Bu ənənəvi aksiya 2006-cı ildə yaranıb və Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində ildə iki dəfə həyata keçirilir.
Xatırladaq ki, "NİKOYL" İKB – milli və xarici valyutada gerçəkləşdirilən hesablaşma, kredit, plastik kart, zəmanətli, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit müəssisəsidir.
Bankın filial şəbəkəsi həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində - Sumqayıt, Xırdalan, Gəncə, Bərdə, Lənkəran, Qəbələ və Masallıda yerləşmiş 21 satış məntəqəsindən ibarətdir .
“NIKOIL Bank”ın fəaliyyəti və mövcud məhsul və xidmətləri haqqında məlumatı www.nikoil.az saytında və ya (012) 981 qısa telefon nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl
Rəy yaz