ARDNŞ ilkin emal benzini istehsalını kəskin azaldıb
2012-ci ilin 10 ayında Azərbaycanda 1 mln 195 min ton benzin: 1 mln 68 min 900 ton avtomobil və 126,7 min ton ilkin emal benzini istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 0,2% və 28,3% azdır.
Qeyd edək ki, 2011-ci ildə ARDNŞ 1 mln 514 min ton benzin istehsal edib. 2010-cu il ilə müqayisədə avtomobil benzini istehsalı 47 min, ilkin emal benzini istehsalı 14,27 min ton artıb.
Statistika ilkin emal benzini istehsalının kəskin azalmasının səbəbini göstərmir. Ondan adətən qətran, polimer, plastmass hazırlanır. Oktan ədədi yüksək - 54-66 olduğu üçün ondan avtomobil benzini kimi istifadə mümkün deyil. Amma xüsusi qatqılarla ondan saxta benzin düzəltmək olar. Belə manipulyasiyalar keçmiş SSRİ ölkələrində tez-tez baş verir.
Rusiyanın “Pravda” qəzeti yazır ki, formal olaraq saxta benzində oktan ədədini avtomobil yanacağında olana yaxın göstəriciyə çatdırmaq olur. Amma bu, həqiqi benzin görüntüsüdür. Surroqat yanacaq "çirkli" olur. Nəticədə yanacaq sistemi korlanlır, benzin nasosu və forsunka tutulur, metal konstruksiyalar paslanır, rezin detallar çürüyür.
YDM sahibləri və müdirləri çox vaxt mənfəətini düşünür, yanacağın təmizliyini yoxlamaq üçün onlarda avadanlıq heç də hər zaman olmur. —0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz