ARDNŞ korporativ bazasına 100 yataq və struktur barədə informasiya daxil edib
ARDNŞ korporativ məlumat bazasına 100 yataq və struktur barədə informasiya daxil edib, deyə, ARDNŞ-nin kadrlar, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.
"ARDNŞ korporativ məlumat bazasının formalaşdırılmasına 2008-ci ildən başlayıb və 6 il ərzində aparılmış işlərin nəticəsi deməyə imkan verir ki, bütün məlumatların toplanmasının daha qısa müddətə başa çatdırılması mümkündür.Bazada 9 min quyu haqda məlumat var. Bazada neft-qaz sahəsi ilə bağlı 65 min sənəd var", - deyə o, 29 sentyabrda "Milli Məlumatlar Bankı NDR-14" beynəlxalq konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, bazada müxtəlif yataqların gündəlik hasilat həcmi barədə informasiya var. Məmmədov qeyd edib ki, məlumatlar müxtəlif proqnozlar hazırlamağa kömək edir. Hazırda məlumat bazasına ARDNŞ-nin 130 mütəxəssisinin giriş imkanı var və bu siyahı genişlənəcək, deyə vitse-prezident qeyd edib.–12D--
-
- Siyasət
- 1 Oktyabr 2014 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz