ARDNŞ-nin neft emalı zavodu vaxtından əvvəl istismara veriləcək
Dövlət Neft Şirkətinin Türkiyədəki neft emalı zavodu 2017-ci ilin sonunda istismara veriləcək. Bu barədə Dövlət Neft Şirkətinin saytında yerləşdirilən məlumatda deyilir. Əvvəllər zavodun 2018-ci ilin birinci rübündə istismara veriləcəyi bildirilmişdi.
"2017-ci ilin sonunda istismara verilməsi planlaşdırılan neft emalı zavodu Türkiyə iqtisadiyyatının cari əməliyyatlar kəsiri probleminin həllinə minimum 2,5 milyard dollarlıq fayda verəcək", deyə məlumatda bildirilir:
Layihənin ümumi qiyməti $5,7 milyarddır. Bu məbləğin 3,29 milyard dolları maliyyələşdirmə krediti ilə gerçəkləşdiriləcək. 2014-cü il iyulun 6-da İstanbulda STAR NEZ-in tikintisi çərçivəsində 23 maliyyə institutu tərəfindən 3,29 milyard dollarlıq kredit sazişi imzalanıb.
Starın illik nafta istehsalı həcmi 1,66 mln ton olacaq. NEZ-də həmçinin 5,95 mln ton dizel yanacağı, 500 min ton aviakerosin, 500 min ton reformat, 630 min ton neft koksu, 240 min ton maye qaz, 415 min ton qarışıq ksilol, 145 min ton kükürd istehsal ediləcək. NEZ benzin və mazut istehsal etməyəcək.
Zavodda Azeri Light, Kərkuk və Urals nefti emal olunacaq.—0--
-
- İqtisadiyyat
- 8 Fevral 2015 12:23
-
- Cəmiyyət
- 9 Fevral 2015 11:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz