- İqtisadiyyat
- 7 İyul 2015, 19:08
- 97
ARDNŞ-nin xarici borcu Azərbaycan dövlətinin borcuna yaxındır
Azərbaycanın xarici dövlət borcu 5 milyard 81 milyon manatdır. Bu da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir. Bu barədə Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadiyyat üzrə doktor Qubad İbadoğıu Facebook səhifəsində yazıb.
“ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib. Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub. Müqayisə üçün qeyd edək ki, 1 yanvar 2015-ci il tarixə Azərbaycanın xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır. Onların birlikdə borcu 10 milyard 878 milyon manat olub ki, bu da adambaşına 1150 manat borc deməkdir”, deyə o qeyd edib.
ARDNŞ məlumatla bağlı hələ şərh verməyib. -03D-
-
- Söz istəyirəm
- 7 İyul 2015 19:04
-
- Siyasət
- 7 İyul 2015 19:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz