ARDNŞ Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulmasını 4 ilə başa çatdıracaq
Dövlət Neft Şirkəti 4 ildə (2018-ci ilin ortalarına kimi – red.) uzunluğu 210 km olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, kəmərin 114-138 kilometrlik hissəsində, Göyçay rayonu ərazisində işlər artıq başa çatmaq üzrədir.
Həmçinin Göyçay, Ağdaş və Yevlax rayonları ərazisindən keçən 138-148 və 170-210 kilometrlik hissələrində yenidənqurma işləri aparılır.
Layihənin icrasında əsas məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə - Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına təbii qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdir.
Tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir. –12D--
-
- İqtisadiyyat
- 14 Avqust 2014 13:29
-
- Cəmiyyət
- 14 Avqust 2014 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz