Özəl sektorda rekord işçi sayı
İyunda Azərbaycanın özəl sektorunda rekord işçi sayı qeydə alınıb – 619,3 min nəfər. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 3,4% (20,8 min) artıb, deyə Dövlətstatkom bildirir.
İyulun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,9 min nəfər olub. Bu, bir ay öncəkindən 100 nəfər çoxdur. Amma yanvardan mənzərə dəyişmir. O vaxt DSK 1 510,1 min nəfər muzdlu qeydə almışdı.
İqtisadiyyatın dövlət bölməsində 891,6 min nəfər çalışır. Bu, 1 iyun göstəricisindən 13,6 min azdır.
Hökumət bəyan edir ki, ölkədə işsizlər 236 min nəfər və ya əmək qabiliyyətli əhalinin 5%-i qədərdir. Müstəqil ekspertlər hesab edir ki, məşğulluq səviyyəsi süni şəkildə kənd yerlərində torpaq sahəsi olanların hesabına (850 min ailə) şişirdilir. Onların hesablamasına görə, ölkədə ən azı 0,5 mln işsiz var. Rəsmən 36,8 min nəfər (1 iyul 2014-cü il) işsiz kimi qəbul edilib. Bunların 2 459-u müavinət alır. 08D
-
- İqtisadiyyat
- 14 Avqust 2014 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz