Gömrükdə sui-istifadə azalmır
İqtisad elmləri doktoru Qubad İbadoğlu yenidən gömrükdəki korrupsiya probleminə toxunub. Bu amil təkcə dövlət büdcəsinə mədaxildə əksini tapmır, ölkə vətəndaşlarının cibinə də ziyandır.
Ekspertin hesablamasına görə, Dövlət Statistika Komitəsinin hazırladığı "Azərbaycanın xarici ticarəti - 2013" məcmuəsinə əsasən, ötən il 1 kq idxal edilən kartof 4-15 sentə (3-12 qəpik) sənədləşib. Amma istehlakçılar 1 kq kartofu 1 manatdan ucuz almayıb.
DSK-nın hesabatına əsasən, 2013-cü ildə İrandan Azərbaycana 32 625,9 min ton kartof gətirilib. Məhsul gömrükdə $4 mln 585 min və ya 1 kq-ı $0,14-a, 15,8 min ton Rusiya kartofunun 1 kq-ı isə $0,04-a bəyan edilib.
Qeyd edək ki, gömrükdə sui-istifadə kartofla bitmir. Məsələn, ötən il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8 sentə bəyan edilib. Pərakəndə satışda 1 kq düyü 1-3 manatdır. Düyü daha çox Hindistandan idxal edilir – 8 173,9 ton. Gömrük 1 kq düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton) gömrükdə 0,62$/kq-a sənədləşib. Pərakəndə satışda Pakistan düyüsü 4 dəfə bahadır. 08D
-
- Cəmiyyət
- 14 Avqust 2014 11:12
-
- İqtisadiyyat
- 14 Avqust 2014 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz