ARDNŞ TANAP layihəsi çərçivəsində torpaq seçir
Transanadolu qaz kəmərinin tikintisi layihəsi çərçivəsində kəmərin çəkilişi üçün torpaq seçimi başlayıb. Bu barədə jurnalistlərə ARDNŞ rəhbəri Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, kəmərin marşrutu boyu ARDNŞ geoloqları işləyir. Abdullayev deyib ki, hazırda layihə çərçivəsində mühəndislik işləri həyata keçirilir.
Qeyd edək ki, 26 iyun 2012-ci ildə İstanbulda TANAP qaz kəmərinin tikintisi üzrə sənədlər imzalanıb.
TANAP “Şahdəniz” yatağının “Mərhələ 2” layihəsi çərçivəsində Azərbaycan qazının Gürvüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə nəqli üçün nəzərdə tutulub. Kəmərin uzunluğu 1800 km, buraxılış qabiliyyəti ilkin olaraq 16 mlrd m3 olacaq. Bunun 10 mlrd-ı Avropaya, 6 mlrd Türkiyənin qərbinə veriləcək. TANAP layihəsi 12 mlrd dollar qiymətləndirilir..
TANAP layihəsində 20% BOTAS və TPAO-ya, 80% ARDNŞ-yə məxsusdur. ARDNŞ səhmlərin 51%-i özünə saxlayıb 29%-i BP (12%), Statoil (12%) və TOTAL-a (5%) təklif edib. –12В--
-
- Cəmiyyət
- 5 Noyabr 2013 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz