Azərbaycan 2014-cü ildə TANAP layihəsindəki payının maliyyələşməsinə $1 mlrd yönəldəcək
Azərbaycan 2014-cü ildə Transanadolu qaz kəmərinin tikintisi layihəsindəki payının maliyyələşməsinə $1 mlrd yönəldəcək, deyə ARDNF icraçı direktoru Şahmar Mövsümov bazar ertəsi 2014-cü ilin dövlət büdcəsinin layihəsi parlament komitələrində müzakirə edilən zaman bildirib.
"ARDNF 2014-cü ildə Transanadolu qaz kəmərinin tikintisi layihəsindəki payının maliyyələşməsinə 800 mln manat ayıracaq, STAR NEZ-də tikinti işlərinə 223 mln manat ayrılıb ($280 mln)", - deyə Mövsümov bildirib.
TANAP “Şahdəniz” yatağının “Mərhələ 2” layihəsi çərçivəsində Azərbaycan qazının Gürvüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə nəqli üçün nəzərdə tutulub. Kəmərin buraxılış qabiliyyəti ilkin olaraq 16 mlrd m3 olacaq. Bunun 10 mlrd-ı Avropaya, 6 mlrd Türkiyənin qərbinə veriləcək. TANAP layihəsi 12 mlrd dollar qiymətləndirilir.
TANAP layihəsində 20% BOTAS və TPAO-ya, 80% ARDNŞ-yə məxsusdur. ARDNŞ səhmlərin 51%-i özünə saxlayıb 29%-i BP (12%), Statoil (12%) və TOTAL-a (5%) təklif edib. –12D--
-
- Söz istəyirəm
- 5 Noyabr 2013 10:49
-
- İqtisadiyyat
- 5 Noyabr 2013 11:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz