ARDNŞ TANAP layihəsindəki payının hansı hissəsini satmaq istəyir?
Dövlət Neft Şirkəti Transanadolu qaz kəmərindəki payının bir hissəsini başqa şirkətlərə satmağa hazırlaşır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev 4 iyulda Sumqayıtda jurnalistlərə bildirib, amma o, mümkün iddiaçılara eyham da vurmayıb.
ARDNŞ rəhbərinin dedikləri ictimaiyyət üçün yenilik deyil. Məsələ burasındadır ki, 4 aprel 2012-ci ildə o, jurnalistlərə demişdi ki, ARDNŞ Transanadolu qaz kəmərindəki payının bir hissəsini başqa şirkətlərə satmaq niyyətindədir, BP və Statoil layihəyə daxil olmaq arzusundadır. ARDNŞ isə boru kəmərinə nəzarət və idarəçiliyi özündə saxlamaq istəyir.
Sonradan məlumat yayıldı ki, TANAP ilə 2011-ci ilin sentyabrında 150-300 mlrd m3 qaz ehtiyatı olan “Abşeron” yatağını kəşf edən Fransa Total-ı maraqlanır.
Maraqlıdır ki, o vaxt Ukrayna rəsmi Bakıya müraciət edərək TANAP layihəsindən pay istədi. Amma Abdullayev izah etdi ki, payı Xəzərdə real qaz ehtiyatı olan və Avropa istehlakçılarına potensial tədarükçü olan şirkətlərə vermək olar.
Ehtimal ki, ötən vaxtda ARDNŞ TANAP üzrə gələcək tərəfdaşlar barədə fikirlərində ciddi dəyişiklik olmayıb. Buna görə demək olar ki, ARDNŞ öz payının 50%-ə qədərini “Şahdəniz” və “Abşeron” üzrə tərəfdaşalara sata bilər.
* Hazırda TANAP layihəsində ARDNŞ-nin 80%, Türkiyə şirkətləri ТРАО və BOTAS-ın hərəsinin 10% payı var.–12A—
-
- Siyasət
- 6 İyul 2012 11:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz