ARDNŞ yeni şirkət yaradıb
Vergilər Nazirliyi “SOCAR-CNG” MMC-ni qeydiyyata aldığını bildirib. Dövlət qeydiyyatı 22 oktyabrda baş verib, rəsmi məlumat 4 dekabrda «Vergilər» qəzetində gedib.
Adından göründüyü kimi, şirkətin təsisçilərindən biri ARDNŞ-dir. ARDNŞ-nin belə adlarla bir neçə müştərək müəssisəsi var. 2012-ci ilin iyunundan şirkətlərin təsisçiləri məxfi saxlanılır.
“SOCAR-CNG” MMC-nin nizamnamə kapitalı 100 000 manatdır. Müəssisə Bakı, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 22 ünvanındadır.
“SOCAR-CNG” MMC-nin direktoru Fikrət Sucayev həmçinin Azərbaycan-Türkiyə “AzTurQaz” MM-ə rəhbərlik edəcək. Direktorlar Şurasının üzvləri bunlardır: Elşən Salmanov, Rasim Salmanov, Əkbər Hacı oğlu Hacıyev, Fuad Ramiz oğlu Kərimli və Cəlal Həsənağa oğlu Fərəcli.
ARDNŞ-nin saytında “SOCAR-CNG” MMC barədə məlumat yoxdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz