ASA sığortaçılarla müştərilər arasında ziddiyyəti yumşaltmaq istəyir
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü Sığorta Komitəsinin iclasında fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları müzakirə edilib, xüsusilə sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqının müəyyən olunması zaman müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır.
Ekspertlər “Fiziki şəxslərin minik avtomobillərinin tam sığortası qaydaları”na dəyişiklik etmək niyyətindədir. Komitə üzvləri bu məsələləri gələn həftə sığorta şirkətlərinin avtomobil üzrə anderrayterləri və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə ekspertləri ilə müzakirə etmək barədə qərar qəbul ediblər.
ASA 2006-cı ildə yaradılıb. Əsas məqsədi sığorta bazarının inkişafı, onun problem və perspektivinin müzakirəsidir. --17D—
-
- İqtisadiyyat
- 13 Noyabr 2014 15:27
-
- Cəmiyyət
- 13 Noyabr 2014 15:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz