«Başak İnam Sığorta»nın səhm emissiyası yerləşdirilir
«Başak İnam Sığorta» şirkəti 1 mln manatlıq səhm emissiyası yerləşdirir.
Bakı Fond Birjasının məlumatına görə, nəticədə şirkətin nizamnamə kapitalı 16,66% artaraq 7 mln manata çatacaq.
Səhmlər BFB-nin qeyri-kotirovka vərəqinə daxil edilib. Paket nominalı 200 manat olan 5 min səhmdən ibarətdir.
Xatırladaq ki, minimal kapital tələbini ödəmədiyi üçün maliyyə naziri noyabrın 4-də şirkətin lisenziyasını dayandırıb.
Cədvələ əsasən, 2014-cü ilin sonu üçün nizamnamə kapitalı 7 mln, gələn il 8 mln, 2016-cı ildə 9 mln manata çatdırılacaq..
«Bashak İnam Sigorta» 1996-cı ildə yaradılıb. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir. Yanvar-oktyabrda şirkətin mükafatları 2,5 mln, ödənişləri 1,1 mln manat olub. --17D—
-
- Siyasət
- 13 Noyabr 2014 15:15
-
- İqtisadiyyat
- 13 Noyabr 2014 15:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz