«Asan İmza» hazırlayanlara əməkdaşlığın yeni səviyyəsi
«B.EST Solutions» şirkətinin maliyyə dəstəyi ilə «Asan İmza»nın “xaç atası”, NATO-nun Kibertəhlükəsizlik Mərkəzinin baş tədqiqatçısı və Estoniyanın İnformasiya Sistemləri İdarəsinin keçmiş baş direktoru Yaan Priisalu Azərbaycana işgüzar səfərə gəlib.
O, səfəri çərçivəsində ADA Universitetində “İnformasiya əsrində milli təhlükəsizlik: informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edəcək.
Bundan başqa, Priisalu Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə Yüksək Texnologiyalar Parkında “Kiberəməkdaşlığın təşkili” mövzusunda açıq mühazirə də keçirəcək. Mühazirə saat 17:30-da başlayacaq. «B.EST Solutions» şirkəti «Asan İmza» mobil xidmətinin operatorudur. --17D—
-
- Siyasət
- 13 Aprel 2015 19:48
-
- İqtisadiyyat
- 13 Aprel 2015 20:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz