Tatarıstan Bakıdan investisiya gözləyir
Tatarısan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Bakıya səfərə gəlir.
Tatarıstan hökumətinin məlumatına görə, R.Minnixanov səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycanda "KamAZ" markalı yük maşınlarının yığımı üzrə konveyeri şəxsən işə salacaq (fevral ayında "Gəncə avtomobil zavodu" İstehsal Birliyi ilə "KamAZ" ASC arasında Azərbaycanda və digər ölkələrdə "KamAZ" markalı yük maşınlarının yığımı və satışı üzrə saziş imzalanıb).
Xatırladaq ki, Gəncə avtomobil zavodunda «Belarus» traktoru və «MAZ» avtomobilləri istehsal edir. Nümayəndə heyəti Nazirlər Kabinetində investisiya ilə bağlı görüşlər keçirəcək, həmçinin sənayeçilər və sahibkarlarla təmasda olacaq. --17D—
-
- İqtisadiyyat
- 13 Aprel 2015 20:06
-
- İqtisadiyyat
- 13 Aprel 2015 20:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz